Daxil olQeydiyyat

Parolun
Bərpa Olunması

Göndər

Geriyə

  • Satış Müqaviləsi.

  • Maddə 1: Məqsədi

    Bu müqavilənin məqsədi “Elektron Ticarət Haqqında Azərbaycan Respublikasının Qanunu”-na əsasən Alıcının və Satıcının

    Moda-1.online saytına dair hüquq və öhdəliklərinin müəyyən olunmasıdır.

  • Maddə 2: Ümumi müddəalar

  • 2.1. Alıcı, Moda-1.online saytında məhsulun əsas xüsusiyyətləri, satış qiyməti, ödəmə metodu, çatdırılma şərtləri,sifarişin

    tamamlanması ilə bağlı ön şərtlərlə bağlı məlumatları oxuyub mənimsədiyini və qeydiyyatdan keçərkən təsdiq etdiyini

    bəyan edir.

    Alıcı məsafəli satış müqaviləsini təsdiq etməklə, bu müqavilədən əvvəl,Satıcı tərəfindən Alıcıya verilməsi lazım olan ünvan,

    sifarişi verilən məhsullara aid əsas xüsusiyyətlər, məhsulların vergilər daxil Azərbaycan manatı ilə qiyməti,

    ödəmə və çatdırılma məlumatlarını da doğru və əksiksiz olaraq əldə etdiyini təsdiq etmiş olar .

    2.2. Müqavilənin aid olduğu məhsul, qanuni 15 günlük müddəti aşmamaq şərti ilə hər bir məhsul üçün

    Alıcının məskunlaşma yerinin uzaqlığına bağlı olaraq Alıcı və ya göstərdiyi ünvandakı adam və ya quruluşa təslim edilir.

    2.3. 100 manata qədər sifarişlər üçün ölkə daxili çatdırılma xərci Alıcı tərəfindən ödənilir.

    Məhsulun Beynəlxaql Kargo firması tərəfindən ölkəyə gətirilməsi xərclərini isə Satıcı ödəyir.

    2.4. Satıcı, müqavilə üzrə məhsulun möhkəm, əksiksiz, məhsulun acıqlama hissəsində göstərilən xüsusiyyətlərə uyğun,

    varsa zəmanət sənədləri və İstifadə Bələdcisi ilə təslim edilməsindən məsuldur.

    2.5. Satıcı, sifariş edilən məhsul və ya xidmətin yerinə yetirilməsinin mümkün olmadığı halda müqavilə üzrə öhdəliklərini

    yerinə gətirə bilməzsə, bu vəziyyəti, müqavilə öhdəçiliyinin müddəti bitmədən istehlakcıya bildirir və 10 gün ərzində

    məhsulun əvəzini (pul və ya hədiyyə çeki) Alıcıya geri qaytarır.

  • Maddə 3: Çatdırılıma

  • 3.1. Məhsulun çatdırılması üçün bu müqavilə formasının istifadəçi tərəfindən təsdiq edilməsi mütləqdir.

    3.2 Moda-1.online Online Mağazasında təqdim olunan məhsullar Azərbaycan və ölkə xaricindən təmin olunur.

    Ölkə xaricindən gətirilən məhsullar Bakıya dünyanın öndə gedən kargo şirkətləri tərəfindən çatdırılır.

    Bakıdan isə müştəriyə çatdırılma Moda-1.online -ın özəl kuryer xidməti və ya poçt xidməti tərəfindən həyata keçirilir.

    Azərbaycandan təmin edilən məhsulların çatdırılma müddəti 1-3 iş günüdür.

    Xaricdən gətirilən məhsulların çatdırılma müddəti kampaniyaların bitdiyi gündən hesablanır və müştəriyə 10 iş günü

    ərzində çatdırılır.

    Hər hansı fövqəladə durum yaranacağı təqdirdə müştəriyə öncədən məlumat verilir.

    Azərbaycanın istənilən nöqtəsinə çatdırılma həyata keçirilir.

    100 manata qədər sifarişlərin çatdırılma dəyəri 5 manat Bakı və Abşeron bölgəsi , 100 manatdan yuxarı isə pulsuzdur

    Bakı və Abşeron bölgəsi.

    Respublikamızın istənilən bölgəsinə çatdırılma məbləğdən aslı olmayaraq 5 manatdır

    Moda-1.online -dakı şəxsi hesabınızdan "Sifariş Tarixçəsi" bölməsindən istənilən vaxt sifarişinizin hansı mərhələdə olduğunu

    izləyə bilərsiniz.

  • Maddə 4: Zəmanət və Geri Qaytarma

  • 4.1. Moda-1.online -da təqdim olunan istənilən məhsul uyğun brendi təmsil edir və təminat verilir.

    Moda-1.online -da heç bir halda saxta və ikinci əl məhsulları təqdim olunmur, satılmır.

  • 4.2. Geri Qaytarma

  • Sifarişinizi təhvil aldıqdan sonra 10 (on) iş günü ərzində məhsulu Müştəri Xidmətimizlə əlaqə saxlayıb geri

    qaytara bilərsiniz.

  • 4.3 Geri Qaytarma zamanı Nələrə Diqqət Etməli?

  • - Məhsulun etiketi qoparılmamalı;

    - Məhsul zədələnməməli;

    - Hesab-Faktura doldurulmuş halda əlavə edilməli;

    - Kosmetika, şəxsi baxım məhsulları, iç geyim məhsulları,saat, bikini, kitab, kopyalana bilən proqramlar, DVD, VCD,

    CD və kasetlər, məktəb ləvazımatları qutuları yalnız açılmamış, istifadə olunmamış şəkildə geri qaytarıla bilər.

  • 4.4. Hansı məhsullar geri qaytarılmır?

  • - Tez xarab olan məhsullar;

    - Son istifadə tarixi keçmiş məhsullar;

    - Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş məhsullar;

    - Bədən ölçüsünün uyğunsuzluğu səbəb göstərilirsə

    (geyim məhsullarını sifariş verərəkən saytda təqdim olunan Bədən Ölçüsünü Təyin Etmə Qaydalarına diqqət edin)

  • 4.5. Geri Qaytarılan Məhsulun pulu necə qaytarılır?

  • - Məhsul Moda-1.online -ın ofisinə geri qaytarıldıqdan və geri qaytarılma şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra

    pulunuz 10 iş günü ərzində hesabınıza yüklənir və yaxud şəxsən özünüzə təhvil verilir.